Masallı rayonunun Ağakişibəyli kəndində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Belə ki, ümumi sahəsi 240 kv.m (hər mərtəbəsi 120 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 180 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.