Masallıdan olan şəhid Balaqardaş Vəliyevin atası Fərhad Vəliyev dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 dekabr tarixində Qafqazinfo.az-a istinadən verir.
Məlumata görə, Fərhad Vəliyev xəstəlik səbəbindən vəfat edib.
Balaqardaş Vəliyev 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2020-ci ilin aprelində çağırışçı kimi “N” saylı hərbi hissəyə xidmətə yollanıb. O, Vətən müharibəsi zamanı, 1 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.
B.Vəliyev ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.