Masallı rayon sakini olan Vətən müharibəsi iştirakçısı İbrahim Əliyev xərçəng xəstəliyi səbəbindən vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində Azərforum-a istinadən verir.
Məlumata görə, İ.Əliyevdə müharibədən sonra onkoloji xəstəlik aşkar edilib.
Qeyd edək ki, qazi "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.