Masallı rayonu Sığıncaq kənd tam orta məktəbinin müəllimi övladlarının qəbul imtahanlarına hazırlaşdığı bütün dərs vəsaitlərini məktəbin şagirdlərinə paylayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 oktyabr tarixində verir.
Belə ki, kənd məktəbinin müəllimi Fərəc Cəfərovun oğullarının ikisi də yüksək nəticə ilə – 632 və 636 balla ADİU-nun Maliyyə (tədris ingilis dilində) və BMU İNHA ikili diplom proqramında oxuyurlar. Onun bir oğlu Rövnəq Cəfərov məktəbi qızıl medalla bitirib.