Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdikləri monitorinq zamanı Masallı rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.
Belə ki, rayonun Şərəfə kəndində yerləşən, İnşallah Zeyfulla oğlu İbadova məxsus və rayonun Ərkivan qəsəbəsində yerləşən və Amil Mehman oğlu Nəzərova məxsus məntəqələrdə nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.