Masallı rayonunun Ninalov kəndində yeni çəkilmiş qaz xəttinin açılışı mərasimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.
Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, “Azəriqaz” İB Lənkəran Rİ rəhbərliyi, Masallı RQİ xidməti sahəsinin rəhbərliyi, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Sığdaş ərazisinin Ninalov kəndi ucqar dağ relyefli ərazidə yerləşir. Kənddə 77 ev var. Əhalisinin sayı isə 420 nəfərdir.