Masallı rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.