Masallı rayonunun Təzəkənd kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 128 kv.m olan talvarın yanar konstruksiyaları 98 kv.m sahədə yanıb.
Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.