Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimləri TƏBİB tərəfindən təltif olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində verir.
Belə ki, müharibə zamanı xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə tibbi xidmətin əlçatanlığının yaxşılaşdırılmasında nümunəvi fəaliyyətlərinə görə Zəfər Səfərli, Ruslan Ağayev və İlqam Məmmədova təşəkkürnamə təqdim olunub.