Masallı Rayon Polis Şöbəsinə Viləş çayının kənarından silah tapılması barədə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində Azertac-a istinadən verir.
Şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS-74U" markalı avtomat aşkarlanaraq götürülüb.
Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində 9 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.