Masallıda avtomobil velosipedçini vuraraq öldürüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində Lent.az-a istinadən verir.
Hadisə Göyəçöl kəndində baş verib. Naməlum avtomobil körpünün üzərində velosipedçi, 54 yaşlı İsa Sultanovu vurub. Nəticədə kişi yerindəcə keçinib.
Cinayət işi açılıb.