Masallıda “Vətənpərvərlik klubu” çərçivəsində Vətən müharibəsi qaziləri ilə maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətənpərvərlik klubunu ziyarət edən gənc qazilər öz döyüş yolları haqqında söhbət açıblar.