Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Masallıda Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində verir.
Görüş zamanı LARGİİ-nin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov və I və II Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan zabit kapitan Camaləddin Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Sonda xatirə şəkilləri çəkilib.