Masallıda fəaliyyət göstərən toyuq kəsimi sexində AQTA tərəfindən yoxlama keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün 15 dekabr tarixində verir.
Masallı rayon sakini Mirramil Feyziyevə məxsus toyuq kəsim obyektində baxış keçirilib. Monitorinq zamanı sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı aşkarlanıb. Nəticədə müəssisənin fəaliyyəti dayandırılıb.
Daxil olan şikayətlə bağlı araşdırma davam etdirilir.