Masallı rayonunun Qızılavar kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində verir.
Belə ki, ümumi sahəsi 150 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, damına yığılan 6 ton ot bağlamasının 3 tonu, 15 kv.m odunun 4 kv.m və yaxınlıqda 1 ədəd elektrik dirəyi yanıb.
Tövlənin, ot bağlamalarının və odunun qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.