Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadənin anadan olmasının 60 illiyi ilə əlaqədar “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində verir.
Tədbirdə çıxış edənlər E. Tağızadənin vətənpərvərliyindən, şərəfli ömür və şanlı döyüş yolundan danışıblar.
Qeyd edək ki, Eldar Tağızadə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunub.