top
Masallıda “Səngər Qəhrəmanları” adlı tədbir keçirilib
26 sentyabr 2022, 23:15
- ↺ +

Masallıda “Səngər Qəhrəmanları” adlı tədbir keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Səngər Qəhrəmanları” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az verir.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direkoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.

Sonra isə Masallı rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasından geniş danışıb.

Birinci Qarabağ müharibəsi qazisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov döyüş yolundan və onunla çiyin-çiyinə döyüşən əsgərlərin Vətən sevgisindən, onların döyüş əzmindən söhbət açıb.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin şücaətindən danışan GİKM-in Masallı nümayəndəliyinin gənc könüllüsü Murad Əlizadə bildirib ki, döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər olub. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib.

Sonra “Yeni Həyat” qəzetinin əməkdaşı Akif  Ağayev Azərbaycan mətbuatının müharibə dövründəki fəaliyyətindən, şəhid ailələri və qazilərdən aldığı müsahibələrdən söhbət açıb.

44 günlük Vətən müharibəsində böyük hünər və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Araz Seyfullayevin anası Günay Seyfullayeva oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşündən danışıb.

[URIS id=25428]

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Bu gün, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Bu gün, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Bütün xəbərlər
Bu gün, 09:00

Saatlıda yol qəzasında 5 yaşlı uşaq həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
Dünən, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Dünən, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Dünən, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Dünən, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Dünən, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Dünən, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Dünən, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Dünən, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Dünən, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
06 oktyabr 2026, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
06 oktyabr 2026, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
06 oktyabr 2026, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Oxşar xəbərlər