Masallı şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş uşaqlar arasında şahmat turniri başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində verir.
18 sentyabr tarixində başlayan turnirdə 50 nəfərə yaxın şahmatçı mübarizə aparıb. Qalib gəlmiş idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplomları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.