“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Masallıdan olan şəhidlərin məzarlarına baş çəkiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş əsgər Rafiq Əlihəsənovun və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Niyaməddin Sultanzadənin məzarları ziyarət edilib. Burada şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.