Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin doğum günü ilə əlaqədar “Vətənin igid oğlu Niyaməddin Sultanzadə” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.
Tədbirdə kitabxananın əməkdaşları şəhidin şərəfli həyat və döyüş yolu haqqında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, Sultanzadə Niyaməddin Hüsaməddin oğlu 6 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.