Masallıda şəhid evlərində təmir işləri görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Belə ki, Qızlaküçə məhəlləsində şəhid Qalib Bədəlovun, Ramazanlı məhəlləsində şəhid İlkin Zöhrabovun, Göllü məhəlləsində şəhid Səyyad Qənbərovun və şəhid Sənan Seyfullayevin barelyefləri yerləşdiriləcək divarlara suvaq vurulub.
Qeyd edək ki, təmir işləri "Ərkivan Xeyriyyə Cəmiyyəti" tərəfindən ustalar Əlibaba Paşayev və Miriş Paşayevin dəstəyi ilə həyata keçirilib.