“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin “Vətənpərvərlik klubu” çərçivəsində gənclərimiz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Cavad Gülverdi oğlu Babayevin anım günü ilə əlaqədar məzarını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində verir.
Ziyarət zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.