Masallı şəhərində Vətən müharibəsi şəhidi Raqib Əzizovun ailəsi üçün fərdi yaşayış evi istifadəyə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Belə ki, şəhidimizin ailəsi üçün tikilən birmərtəbəli fərdi yaşayış evi istifadəyə verilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Araz Əhmədov şəhid ailəsi üçün tikilən növbəti fərdi evin tikintisində zəhməti olan hər kəsə razılığını bildirib. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidi Raqib Əzizovun iki yadigar övladına müxtəlif hədiyyələr təqdim olunub.