Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Ziyarət zamanı ailələrin qayğıları ilə maraqlanılıb və gətirilən sovqatlar, həmçinin şəhid övladları üçün alınan bayram hədiyyələrini onlara təqdim edilib. Polis əməkdaşları Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs ediblər.
[URIS id=51121]