Masallda “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqənin məqsədi ulu öndər irsinin gənc nəslə ötürülməsi, məktəblilərin araşdırma aparma, fikir ifadə etmə bacarıqlarının inkişaf etdirilməsidir.
İnşa-yazılar münsiflər tərəfindən yoxlanılıb, nəticələr isə növbəti həftə ərzində elan olunacaq. Qaliblər diplomla təltif ediləcəklər.
Qeyd edək ki, yarışma Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin, rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Masallı rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə həyata keçirilib.