Masallıda mədəniyyət işçiləri tərəfindən Vətən müharibəsi qazilərinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları Ninalov kəndində qazi Ağasəlim Mirzəyev, Lürən kəndində qazi Asif Abdullayev və Xırmandalı kəndində qazi Pərvin Həsənovun ailələrini ziyarət ediblər.
Belə ki, mədəniyyət nümayəndələri qazilərin ailə vəziyyətləri, həyat şəraiti ilə maraqlanaraq onlara maddi və mənəvi dəstək olublar.