Masallıda ov üçün təyin edilməyən yerdə qanunsuz ovla məşğul olan şəxs saxlanılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Belə ki, Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədilə tədbir keçiriblər. Yoxlama zamanı Köçəkli kəndində P.Abıyevdən qanunsuz ovladığı çöl quşu və 1 ədəd ov tüfəngi tapılıb. Nəticədə həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub və Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bundan əlavə, 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq müsadirə edilib.
Faktlarla bağlı araşdırma aparılır.