Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Masallı rayonunda fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində verir.
Belə ki, rayonun 20 Yanvar küçəsində Kişiyev Sübhi Firudin oğluna və İbayev Azad Əliş oğluna, Gəyəçöl kəndində Ağayev Zahir Hacıbala oğluna, Şərəfə kəndində İbadov İnşallah Zeyfulla oğluna və Böyük Xocavar kəndində Əbilov Natiq Səfər oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələri barəsində inzibati protokol tərtib edilib.