Masallı rayonunda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslər cərimələniblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində verir.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunda yerləşən ət kəsimi məntəqələrində monitorinq aparıblar. Yoxlama zamanı 20 Yanvar küçəsində yerləşən iki obyektdə nöqsanlar aşkar edilib və sahiblərə (Azad İbayev və Amin Feyzullayev) inzibati protokol tərtib olunub.