YAP Masallı rayon təşkilatında prezident seçkiləri ilə bağlı toplantılar təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 yanvar tarixində verir.
İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən yığıncaqlarda gənc seçicilər və rayonun Dəlləkoba, Bala Kolatan və Bağıroba kəndlərinin sakinləri iştirak ediblər.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP idarə heyətinin üzvü Anar İsgəndərov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri çıxış ediblər.