Masallıda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Apa.az-a istinadən verir.
64 yaşlı Sakit Rəhimov idarə etdiyi "Hyundai Azera" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olan 65 yaşlı Xanağa Abdullayevi vurub. Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.