Masallı rayonunda minik avtomobili yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 sentyabr tarixində verir.
Hadisə Ərkivan qəsəbəsində qeydə alınıb. Belə ki, "Lexus" markalı minik avtomobilinin yanar hissələri alışaraq yanıb. Yaxınlıqdakı tikililəri yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.