Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində seminar-müşavirə keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 avqust tarixində verir.
Seminar-müşavirədə mərkəzin direktoru Vəkil İsmailov mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb.
Müşavirə zamanı mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb. Problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilib.