Masallıda itkin düşən 15 yaşlı Jalə Abuşovanın olduğu yer müəyyən edilərək ailəsinə təhvil verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində Apa-ya istinadən verir.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 11 dekabr tarixində itkin düşən məktəbli tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, daha öncə azyaşlının itkin düşməsi ilə bağlı məlumat vermişdik.