Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 dekabr tarixində verir.
Belə ki, rayon sakini A.Ağayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş Rabil Nurullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.