Masallıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Banbaşı kəndində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı İxtiyar Vəliyev kənddə yerləşən evində odlu silahla başından atəş açaraq, özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.