Masallıda gənclər üçün "İnsan hüquqları" mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Aynur Tağıyeva və Elməddin Mirzəyevin təqdimatında keçirilən təlim zamanı "Beynəlxalq insan hüquqları çərçivəsi", "İnsan hüquqlarının müdafiəsi", "Ayrı-seçkilik və növləri", "Gənclərin iştirakı ilə insan hüquqları" mövzularında məlumatlar verilib.
İnteraktiv keçən təlim zamanı iştirakçılara tapşırıqlar verilib, enercayzerlər icra edilib və komanda işləri yerinə yetirilib.
Qeyd edək ki, təlim Avropa Şurası Avropa Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatlatı Milli şurasının və GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.