Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir.
Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni bütün dünyanı narahat edən əsas problemlərdən biri olan insan alveri və ölkəmizdə bu təhlükəli cinayət növünə qarşı aparılan mübarizə tədbirləri haqqında iştirakçılara məlumat verib.
Tədbirdə kitabxananın digər əməkdaşı Günay Xəlilova bildirib ki, qanunvericiliyə əsasən, məcburi əmək, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. İnsan alverinə qarşı mübarizə məqsədilə respublikamızda düşünülmüş işlər görülür.