top
Masallıda idman yarışında zədə alan oğlan bütün ailə üzvlərini qətlə yetirib
13 fevral 2024, 23:14
- ↺ +

Masallıda idman yarışında zədə alan oğlan bütün ailə üzvlərini qətlə yetirib

Bakı şəhərinin Xətai rayonunda 25 yaşlı Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı 27 yaşlı bacısı Elmira Əhmədovanı, onun 5 yaşlı qızı Ülviyyə Əhmədovanı, 52 yaşlı atası Mehman Əhmədovu, 47 yaşlı anası Pikə Əhmədovanı və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu

qəsdən öldürməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.

Belə ki, Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. İddialara görə, o, 15 yaşında 30 bıçaq zərbəsi ilə həmyaşıdını bıçaqlayıb. Hadisədən sonra ailəsi onu bir müddətlik Rusiyaya göndərib.

Yaxınlarının verdiyi məlumata görə, ailə üzvləri onun xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar.

Bir neçə gün əvvəl isə atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib. Həmçinin ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət də olub.

Belə ki, Əhmədin bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəsinin məqsədi evləri, mülkləri Elmira və qardaşı Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb.

Əhməd Əhmədov ilk növbədə bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib.

Daha sonra evə gələrək atasını öldürüb və anası Pikə Əhmədovaya zəng edərək onu evə çağırıb. O da kiçik oğlu Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində anasını və qardaşını balta ilə öldürüb.

Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən Əhmədova Pikə Bədəl qızı paytaxtın Xətai rayonunda yerləşən 59 saylı tam orta məktəbin direktoru, Mehman Əhmədov isə 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları"nın İnfrastruktur İdarəsində rəis vəzifəsində çalışıb. O, bir neçə il əvvəl “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Bu gün, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Bu gün, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Bu gün, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Bu gün, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Bu gün, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Bu gün, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Bu gün, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Bu gün, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Bu gün, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Bu gün, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Oxşar xəbərlər