top
Masallıda həmkəndlilər işverən sözünə görə məhkəməlik oldular
14 dekabr 2024, 03:43
- ↺ +

Masallıda həmkəndlilər "işverən" sözünə görə məhkəməlik oldular

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunda 21 yaşlı Səbuhi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Surətə xəsarət yetirib. 

Demokrat.az xəbər verir ki, hadisə Yolağac kəndində baş verib. Səbuhi həmkəndlisi Surət ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun üz nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Onu yerə yıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, zərərçəkmiş Surət həmkəndlisidir və əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmayıb: “Məlum hadisə günü yolda gedən zaman Surəti gördüm. Həmin vaxt Surət sərxoş idi. Surət mənə "sən meşəbəyinin “işverəni"sən dedi. Onun nə demək istədiyini başa düşmədim və nə üçün belə bir söz dediyini soruşdum. Surət isə yenə də söyüş və təhqirlə mənə "meşəbəyinin “işverəni" dedi. Surətə meşəbəyinə heç bir aidiyyətimin olmadığını və məni təhqir etməməsini bildirdim. Bu zaman Surət üzərimə gəldi və məni vurmaq istədi, biz əlbəyaxa olduq. Surət məni təhqir etdiyi üçün onun üz nahiyəsinə bir dəfə yumruq ilə zərbə vurdum. Bundan sonra Surət yerə yıxıldı. Yaxınlıqda olan əmim yaxınlaşdı və bizi ayırdı, “"ayıb olsun” deməklə iradını bildirdi. Bundan sonra öz yolumuza davam etdik.. Dalaşdığımız zaman yanımızda heç kim olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aralarında olan mübahisə həmin gün saat 21 radələrində Yolağac kəndində baş verib. Buna səbəb isə Surətin küçədə onu heç bir səbəb olmadan söyərək təhqir etməsi olub: “Baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etdi və heç kimin narahatçılığına səbəb olmadı. Surəti qəsdən yumruqla vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişəm”. 

Surətin sözlərinə görə, təqsirləndirilən Səbuhi həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb: “Məlum hadisə günü kənddə olan zaman saat 21 radələrində həmkəndlim Səbuhi çağıraraq dedi ki, sən nə üçün imkan vermirsən ki, biz odun daşıyaq. Yeyənkənd kənd meşəsinin meşəbəyisinin qanunsuz əməllər etməsinə icazə vermirəm, onun barəsində qanuni müraciətlər etmişdim. Bu hal acığıma gəldi. Həmin meşəbəyi ona odun daşımağa icazə vermədiyi üçün məni günahkar bilib. Səbuhi də nə üçün barəmdə şikayət etdiyini soruşdu. Səbuhiyə yaxşı etdiyimi və ona heç bir dəxli olmadığını dedim. Bu zaman Səbuhi qəfildən üz nahiyəmə 2 dəfə yumruq ilə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Sonradan ora gələn Səbuhinin əmisi bizi ayırdı”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səbuhinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər