Masallıda evdən qadın meyiti aşkar edilib.
Lent.аz xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 67 yaşlı Huriyyə Dadaş qızı Rzayevanın meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.