Masallıda fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Cenublu.az xəbər verir ki, Masallı rayonu Güllütəpə kənd sakini, 1961-ci il təvəllüdlü şəxs (kişi cinsli) aşağı ətrafın, hər iki əlin və baş-sifətin 2, 3-cü dərəcəli termik yanığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi yardımlar göstərildikdən sonra 22.12.2024-cü il tarixində saat 16:00 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.