Masallıda ikimərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.
Hadisə rayonun Sığıncaq kəndində qeydə alınıb. Ümumi sahəsi 200 kv.m olan 5 otaqlı evin yanar konstruksiyaları 180 kv.m sahədə yanıb. Həmçinin bitişik sahəsi 60 kv.m olan talvarın lambirdən ibarət tavanı əriyib. Əraziyə FHN-in bölmələri cəlb olunub, alov söndürülüb.
Yanğınsöndürənlər evin qalan 20 kv.m sahəsini və bitişik talvarı yanğından mühafizə ediblər.