Masallı rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığı ilə Masallı rayon ərazisində qanunsuz tikililərin söküntüsü davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 mart tarixində verir.
Belə ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini, 39 yaşlı Fərzullayev Oktay İldir oğluna məxsus uzunluğu 12 metr və eni 4 metr olan dəmir konstruksiyadan inşa olunan qanunsuz tikili Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və qəsəbə bələdiyyəsi tərəfindən sökülüb.