Masallı şəhərində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 72 kv.m olan 2 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 8 kv.m sahədə alışıb. Evin qalan 64 kv.m-lik sahəsi yanğından mühafizə edilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.