27 sentyabr – Anım Gününə həsr olunmuş məktəblilər arasında minifutbol turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində verir.
Turnirin yekun nəticəsinə əsasən, Masallı şəhər 4 nömrəli tam orta məktəbin komandası I yerə, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin komandası II yerə, Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbinin komandası III yerə layiq görülüb.
Qalib gəlmiş idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplomları ilə mükafatlandırılıblar.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.