Masallıda Fövqəladə Hallar Nazirliyinin Sərəncamına əsasən, sökülən qanunsuz tikilinin yerində “8 Noyabr - Zəfər günü” memorial kompleksi inşa olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Belə ki, Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda “8 Noyabr - Zəfər günü” memorial kompleksinin inşasına yaxın günlərdə başlanılacağı gözlənilir.