Masallı Dövlət Regional Kollecində 4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
Çıxışlarda şəhidlərin, hərbçilərin, igidlərin qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonunun düşməndən azad edilməsindən və bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından danışılıb.
Sonda tələbələrin təqdimatında kompozisiya nümayiş olunub.