top
Masallıda “27 illik həsrətə son” mövzusunda tədbir keçirilib
04 oktyabr 2023, 08:41
- ↺ +

Masallıda “27 illik həsrətə son” mövzusunda tədbir keçirilib

Masallıda Cəbrayıl Şəhəri Günü münasibəti ilə “27 illik həsrətə son” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.

Çıxışlarda bildirilib ki, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Cəbrayıl rayonuna qayıdış hələ 7 il bundan öncə, Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlanıb. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.

2020-ci ilin oktyabrında İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin Prezident İlham Əliyev ötən il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Sonda Masallı Dövlət Regional Kollecinin tələbələri tədbir iştirakçılarına “Qələbə müjdəsi“ adlı kompozisiya təqdim ediblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Bu gün, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Bu gün, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Oxşar xəbərlər