top
Masallı: Xıl kəndində şəhidlər abidə kompleksi inşa olunub
10 oktyabr 2022, 22:50
- ↺ +

Masallı: Xıl kəndində şəhidlər abidə kompleksi inşa olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunun Xıl kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri, rayon ağsaqqallar şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət, KİV nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxış edən icra başçısı Araz Əhmədov Xıl kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Xıl kəndi Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlər verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseyovun qızı Aytən Hüseynova, "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medallı şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev, Viləş kəndindən Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova,  Milli Qəhrəman Elşad Hüseyovun qardaşı Əliqadir Eynullayev və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən uğrunda göstərdikləri igidliklərindən, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar.

Tədbirin sonunda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi "Vətən oğlu" adlı poemasından parçalar söyləyiblər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
Dünən, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Dünən, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Dünən, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Dünən, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Dünən, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Dünən, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Dünən, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Dünən, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Dünən, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Dünən, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Dünən, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
06 oktyabr 2026, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
06 oktyabr 2026, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
06 oktyabr 2026, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
06 oktyabr 2026, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
06 oktyabr 2026, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
06 oktyabr 2026, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
06 oktyabr 2026, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Oxşar xəbərlər